Masazırda qətl hadisəsi baş verib.
Lent.az xəbər verir ki, bu gün Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 48 yaşlı Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı 43 yaşlı A. Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.