Lotu Qulinin yaxın dostu olan avtoritet həbsxanada intihara cəhd etdi
01 fevral 2025 12:51 (UTC +04:00)

Lotu Qulinin yaxın dostu olan avtoritet həbsxanada intihara cəhd etdi

Həbsdə olan kriminal avtoritet “Arman Dikiy” istintaq təcridxanasında özünə xəsarət yetirib.

Lent.az Qazaxıstan mediasına istinadla bildirir ki, internetdə yayılan məlumatı Cinayət Axtarış İdarəsi də təsdiqləyib.

İdarədən qeyd olunub ki, məhkum özünə yüngül xəsarətlər yetirib, onun vəziyyəti qənaətbəxşdir.

Bildirilir ki, Arman Cumagəldiyev xüsusi nəzarət altındadır, onunla müəssisənin psixoloqları tərəfindən profilaktik işlər aparılır. Faktiki olaraq daxili araşdırmaya göstəriş verilib.

Qeyd edək ki, “Arman Dikiy” mərhum azərbaycanlı “qanuni oğru” Lotu Quli ləqəbli Nadir Səlifovun yaxın dostu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar