Lənkəran sakinləri 20 kilo narkotiklə  tutuldular - VİDEO
08 iyun 2024 10:30 (UTC +04:00)

Lənkəran sakinləri 20 kilo narkotiklə tutuldular - VİDEO

Lənkəranda avtomobildən külli miqdarda narkotik tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Lənkəran şəhər rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşları tədbirlər keçiriblər. Nəticədə rayon sakinləri Aqil Vəliyev və Anar Vəlizadə sonuncunun idarə etdiyi "Opel" markalı avtomobildə saxlanılıblar.

Həmin nəqliyyat vasitəsindən 20 kiloqram tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin narkotik vasitəni saxlanılan şəxslərdən Aqil Vəliyevin şəxsiyyəti istintaqla araşdırılan "Hafis" adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2271
avatar

Oxşar yazılar