Kişini yolun ortasında döydülər, maşına mindirib qaçırtdılar
08 avqust 2024 19:07 (UTC +04:00)

Kişini yolun ortasında döydülər, maşına mindirib qaçırtdılar

Türkiyədə yolun ortasında kişini maşına mindirərək qaçırıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Kartal adlanan ərazidə baş verib. Bir qrup şəxs kişini yolun ortasında bir neçə dəqiqə döyüblər. Sonra onu maşına mindirməyə çalışsalar da, o, müqavimət göstərib.

Lakin yenidən çoxlu döyülüb və avtomobilin baqajına mindirilərək, qaçırılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603
avatar

Oxşar yazılar