Kişi ona borc verməyən dostunu öldürüb basdırdı
17 aprel 2024 11:47 (UTC +04:00)

Kişi ona borc verməyən dostunu öldürüb basdırdı

Dağıstanda kişi dostunu öldürüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Dağıstan sakini dostundan borc olaraq 10 min rubl istəyib. Ancaq rədd cavabı aldığı üçün onu bıçaqla vuraraq kəndin kənarında basdırıb.

Hadisə İrganay kəndində baş verib. Cinayətkar özü polis şöbəsinə gedərək, törətdiyi cinayəti etiraf edib.

Kişinin dediyinə görə, hadisədən əvvəl dostundan borc pul istəyib, lakin tələb olunan məbləği almayıb. Nəticədə aralarında dava başlayıb. Zərərçəkənin nəfəsi kəsiləndə, təcavüzkar onun cəsədini kəndin kənarına apararaq basdırıb. İstintaq davam edir.

Məlumata görə, kişi ilə birlikdə qurbanın arvadı da saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4218
avatar

Oxşar yazılar