Rusiyada kişi anasını öldürüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Moskva şəhərində baş verib.
Məlumatda bildirilir ki, Taldomdakı fərdi evdə 89 yaşlı ana və 46 yaşlı oğul mübahisə edib. Bundan sonra qadın yatmağa gedib. Lakin oğlu sakitləşməyib və evin ikinci mərtəbəsinə çıxaraq yataq otağında olan anasını boğub.
Anasını öldürməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.