İdmançını bıçaqlayan  azərbaycanlı gəncin məhkəməsi başlayır
19 mart 2025 10:14 (UTC +04:00)

İdmançını bıçaqlayan azərbaycanlı gəncin məhkəməsi başlayır

Rusiyanın Moskva vilayətində idmançını bıçaqlayan azərbaycanlının cinayət işi məhkəməyə göndərilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2024-cü il noyabrın 22-nə keçən gecə Odintsovo rayonunun Barvixa kəndində baş verib.

Kənddəki evlərdən birində kirayədə yaşayan bir neçə azərbaycanlı yüksək səslə uzun müddət telefonla danışıblar. Hokkey məşqindən qayıdan yerli sakin Denis buna görə onlara irad bildirib.

Ancaq onun iradı xoş qarşılanmayıb və tərəflər arasında dava başlayıb. Bu zaman azərbaycanlılardan biri Denisin qarnından bıçaqlayıb. O, daxilə nüfuz edən yara ilə xəstəxanaya yerləşdirilib.

Cinayəti törədən 23 yaşlı şəxs saxlanılıb. İstintaq Komitəsindən bildirilib ki, istintaq zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilinməyib və cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı gecikdirib. İttihamlar dindirilmələr, kamera qeydləri və ekspert rəylərinə əsaslanıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi ilə (adam öldürməyə cəhd) cinayət işi açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar