Yanvarın 7-də Gəncə şəhəri ərazisində Daşkəsən rayon sakini, 23 yaşlı Zamir Rzayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, 17 yaşlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.