Gecəyarı bibisinin evinə basqın etmək istəyən  TUTULDU
24 iyul 2024 10:27 (UTC +04:00)

Gecəyarı bibisinin evinə basqın etmək istəyən TUTULDU

Salyanda bibisinin evinə basqın etmək istəyən şəxs və dostu saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saat 3 radələrində rayonun Beştalı kəndi ərazisində əvvəllər məhkum olunmuş Orxan Ələkbərov və tanışı, Atakişi Məmmədov saxlanılıblar. Onların idarə etdiyi “Chevrolet” markalı avtomobildən eynək, iki ədəd dəyənək, iki cüt əlcək və iki ədəd papaq aşkarlanıb.

Araşdırmalar zamanı adı çəkilən şəxslərin tamah niyyəti ilə O.Ələkbərovun bibisinin həmin kənd ərazisində yerləşən evinə qanunsuz daxil olmağa hazırlaşdıqları müəyyən olunub.

Bundan əlavə, polis əməkdaşlarının apadıqları əlavə araşdırmalar zamanı O.Ələkbərovun və A.Məmmədovun ötən ilin noyabr ayında Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisində yerləşən evlərdən birinə qanunsuz daxil olaraq zərərçəkmişə məxsus 9650 manat dəyərində qızıl-zinət əşyalarını oğurladıqları da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731
avatar

Oxşar yazılar