Sentyabrın 24-ü saat 21 radələrində Füzuli rayonu ərazisində 36 yaşlı Ruhanə Qasımovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lent.az xəbər verir ki, Füzuli rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 39 yaşlı Süleyman Qasımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ruhanə Qasımovaya bıçaqla yaralayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Süleyman Qasımov şübhəli şəxs qismində tutulub.