Evdən 50 kilo heroin  tapıldı
23 sentyabr 2023 18:15 (UTC +04:00)

Evdən 50 kilo heroin tapıldı

Türkiyədə evdən külli miqdarda narkotik maddə aşkarlanıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, polisə A.H. və A.T.-nın külli miqdarda narkotik gətirməsi barədə məlumat daxil olub. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 15 gün onları izləyiblər.

Prokurorluğun təlimatı ilə gecə yarı Antalya şəhəri Kəpəz qəsəbəsində binalardan birində keçirilən əməliyyat zamanı cinayətkar ələ keçirilib. Xüsusi təyinatlı itlərin iştirakı ilə evdə aparılan axtarış zamanı döşəmənin altından sellofan torbalara yığılan 50 kilo heroin aşkar edilib.

A.H. və A.T. saxlanılaraq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4632

Oxşar yazılar