Ər aparıcı olan arvadını necə öldürdü? -  ŞOK ETİRAF
27 yanvar 2022 14:58 (UTC +04:00)

Ər aparıcı olan arvadını necə öldürdü? - ŞOK ETİRAF

Bərdədə arvadını boğaraq öldürməkdə təqsirləndirilən Aqil Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aqil Mustafayevin arvadı Nərgiz Mustafayevanı qısqanclıq zəminində öldürdüyü bildirilib. Lakin bu cinayət işinin təfərrüatları əksəriyyətə bəlli deyildi.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

Cinayət işi materiallarında qeyd edilir ki, A. Mustafayev 24 iyul 2021-ci il tarixdə saat 23 radələrində evində olarkən arvadı Nərgiz Mustafayevanın  bu zamanadək işdən qayıtmadığını görüb sonuncunun mobil telefonuna zəng etdikdə telefonun məşğul olduğunu, təkrar zəng etdikdə isə telefonun söndürüldüyünü görüb əsəbiləşib, yoldaşı evə gələn kimi onu boğaraq öldürüb.

A.Mustafayevaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Təqsirləndirilən şəxs ittiham üzrə özünü tam təqsirli bilib. O, deyib ki, Nərgizlə 2015-ci ildə ailə həyatı qurub və bir övladları var:

“Evlənəndən sonra onun atasının evində yaşamışıq. Münasibətlərimiz çox yaxşı olub. Nərgiz «Xatun» gözəllik salonunda xınayaxdı və digər şənliklərin təşkili mərasimlərində aparıcı işləyirdi. O işlədiyi günlərdə ən gecə evə axşam saat 9-10 radələrində gəlirdi. Aramızda heç vaxt ciddi problem olmayıb. Lakin bir-iki dəfə oldu ki, gecikməyə başladı. Səbəbini soruşanda dedi ki, toy yiyələri buraxmayıb. Mən də ona xəbərdarlıq elədim. Dedim ki, vaxtında evə gəlsin”.

Mustafayev bildirib ki, son iki ayda arvadından şübhələnməyə başlayıb:

“Evə gəc gəlməkləri və kiminləsə telefonla danışması ilə bağlı məndə şübhələr yarandı. Onda telefonla kiminlə bu qədər danışdığını soruşdum. O, mənə iş yoldaşları ilə danışdığını dedi. Üstündən bir neçə gün keçəndən sonra Nərgizi işə yol salırdım. Bu vaxt o, Bərdə rayon məhkəməsinə məndən boşanması ilə bağlı ərizə verdiyini dedi. Donub qaldım. Səbəbini soruşsam da mənə heç nə demədi. Əsəbiləşdim. Telefonla qayınanama zəng elədim. Qaynanam dedi ki, Nərgiz ərizə falan verməyib, əsəbi olduğundan belə şey deyib. İyulun 24-də evdən birlikdə çıxdıq. Marketdən bazarlıq elədik, o işə getdi, mən isə zənbilləri evə gətirdim. Sonra geri qayıdan zaman Nərgizini işlədiyi yerin qapısının ağzında gördüm. Zəng edib səbəbini soruşdum. Dedi ki, müdiri Ahu xanımın işə gəlməyib onu gözləyir. Ona tapşırdım ki, qapının ağzında dayanmasın, evə getsin. Nərgiz evə yox, əmisi qızı gilə qonaq gedəcəyini dedi. Heç nə demədim. Günorta üstü Nərgizə zəng etdim, saat 3-4 aralarında xınayaxdı məclisinə gedəcəyini bildirdi. Mən də evə qayıdaraq, oğlum ilə birlikdə mərhum bacımın ərinin evinə getdim. Evdə kabab çəkib yeyib-içdik. Sonra uşaqları çaya çimməyə aparıb gətirdim. Axşamüstü uşağı götürüb qayınatamgilə gəldim”.

Təqsirləndirilən şəxs həyat yoldaşının işdən gec gəlməsi səbəbindən əsəbiləşdiyini deyib:

“Axşam saat 11-də Nərgiz gəlməmişdi. Onun nömrəsinə bir neçə dəfə zəng eləsəm də telefon məşğul idi. 4-cü dəfə Nərgizə zəng edəndə artıq telefonu sönmüşdü. Bir müddət sonra Nərgiz mənə zəng edərək xınaya polislərin gəldiyini, müdirləri Ahun xanımın da onun telefonu ilə evin yiyəsi ilə danışdığını dedi. Bundan sonra mən Nərgizi gözləməyə davam etdim. Lakin Nərgizin yalan danışdığını hiss etdim. Əsəbi olduğum üçün yatmadım. Saat 2 radələrində küçədə darvazanın yanından maşın səsi eşitdim və maşının Nərgizi düşürdüb getdiyini gördüm. Gizləndim. Gördüm ki, telefonla danışa-danışa gəlir. Otaqda çarpayının altında girdim. Nərgiz paltarlarını dəyişə-dəyişə telefonda danışırdı. O, telefonla danışan zaman kiməsə «kirayə tutub, gedib başqa

yerdə qalarıq» sözünü deyirdi. Artıq mənə xəyanət etdiyinə əmin oldum. Telefonla danışıb qurtarmağını gözlədim. O çarpayıya uzandı, telefonu söndürdü. Gizləndiyim yerdən çıxdım. Çarpayıya qalxaraq Nərgizin boğazından iki əlimlə yapışdım. Təxminən bir dəqiqədən sonra gördüm ki, Nərgiz keçinib. Onu çarpayıdan yerə düşürdüm, üzərinə “odeya”lı örtüb çayxanaya getdim. Evdən çıxan zaman telefonunu da özümlə götürdüm. Çayxanada sonuncu danışdığını nömrəyə zəng elədim. Telefonu kişi götürdü və adının Nicat olduğunu dedi, sonra telefonu söndürdü. Çayxanada əl-üzümü yudum. Sonra taksi ilə Şirvanlı kəndində yerləşən «Xaş» verilən yerə yollandım. Orada xaş yedim, sonra yeznəmgilə getdim. Telefonları, şəxsi əşyalarımı yeznəmgilə qoydum. Orada könüllü olaraq polis şöbəsinə gedib arvadımı öldürdüyümü etiraf etdim”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Mustafayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

# 3894
avatar

Səlcuq Elçin

Oxşar yazılar