DƏHŞƏT:  “Anqar manyakı” 89 nəfəri  öldürdüyünü etiraf etdi
28 avqust 2025 10:59 (UTC +04:00)

DƏHŞƏT: “Anqar manyakı” 89 nəfəri öldürdüyünü etiraf etdi

Rusiyada ömürlük həbs cəzasına məhkum edilmiş Mixail Popkov (“Anqar manyakı”) daha bir neçə qətl törətdiyini etiraf edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, onun 2008-ci ildə iki gənc qadını öldürdüyü məlum olub.

Faktla bağlı yeni cinayət işi açılıb.

İstintaqın versiyasına görə, 2008-ci ilin avqustunda Popkov avtomobili ilə Moskva ərazisində hərəkət edərkən 27 yaşlı iki qadınla rastlaşıb. Söhbət zamanı mübahisə yaranıb və o, şəxsi ədavət zəminində qadınları bir-bir meşəlik əraziyə apararaq boğub öldürüb.

Həmin ilin avqustunda qadınların meyitləri tapılsa da, cinayətkar müəyyən edilmədiyindən istintaq dayandırılmışdı.

İndi Popkov könüllü etiraf ərizəsi yazıb, ona qarşı rəsmi ittiham irəli sürülüb və günahını qəbul edib.

Prokurorluq bildirib ki, Popkovun istintaq təcridxanasında saxlanılması üçün verilən vəsatəti dəstəkləyəcək. 

Qeyd edək ki, Mixail Popkov 1990–2010-cu illərdə törətdiyi seriyalı qətllərə görə ömürlük azadlıqdan məhrum edilib.

Onun 89 qurbanı olub. Onlardan 88-i qadın, 1-i kişidir.

Popkov əsasən gecələr küçədə qadınlara yaxınlaşır, onları maşınına mindirir, çox vaxt xidməti avtomobildən istifadə edirdi.

Qadınların cəsədləri isə zorakılıq əlamətləri ilə meşəliklərdə, yol kənarlarında və qəbiristanlıqlarda tapılırdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar