Narkotiklər və narkotacirlər
14 iyul 2022 09:39 (UTC +04:00)

Narkotiklər və narkotacirlər

Beynəlxalq narkoşəbəkənin üzvləri Azərbaycanda TUTULDU - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən beynəlxalq narkoşəbəkənin üzvü olan daha 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən növbəti xüsusi əməliyyat keçirilib. Bu zaman ölkəyə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib paylayan daha iki nəfər saxlanılıb. Nəticədə qanunsuz dövriyyədən 86 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Belə ki, Baş İdarəyə Şirvan şəhər sakinləri əvvəllər məhkum olunmuşlar - Məhəbbət Hüseynov və Əziz Əsgərovun ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini keçirən əsas fiqurlardan olmaları barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxslər əməliyyat nəzarətinə götürülüb və onların qanunsuz əməlləri əməliyyat-texniki tədbirlərlə tam sübuta yertirilib. Həmin şəxslər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərilən külli miqdarda narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi ilə Ağcabədi rayonu ərazisində qəbul edib  Bakı şəhərində müxtəlif yerlərdə gizlətməyə çalışan zaman Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar. Onların üzərinə, həmçinin yaşayış ünvanlara baxış zamanı ümumilikdə 86 kiloqram, o cümlədən 78 kiloqram heroin, 8 kiloqram metamfetamin və narkotiklərin satışında bilavasitə istifadə etdikləri elektron tərəzilər aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Beynəlxalq narkoşəbəkənin üzvləri olan bu şəxslərin xaric və ölkə daxilindəki digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.

Azərbaycana narkotik gətirib satan iki əsas adam tutuldu

# 1920
avatar

Mehman Nəbiyev

Oxşar yazılar