Novosibirsk vilayətinin Koçenevski rayonunda toy zamanı bəy öldürülüb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bəyin xoşuna gəlməyən kişi toya gələrək mətbəx bıçağı ilə ona xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralı bir müddət sonra dünyasını dəyişib.
Məlumata görə, qətl sentyabrın 29-da baş verib. Bundan əvvəl kişilər arasında mübahisə yaranıb. Qətli törədən kişi barəsində noyabrın sonunadək həbs-qətimkan tədbiri seçilib.