"Bəlkə onu tapança ilə vurmuşam?" - "Oleq Bakinski"nin MƏHKƏMƏSİ
24 yanvar 2025 18:20 (UTC +04:00)

"Bəlkə onu tapança ilə vurmuşam?" - "Oleq Bakinski"nin MƏHKƏMƏSİ

Kriminal "avtoritet" Oleq Krapivinin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Lent.az-ın verdiyi məlumata görə, ilk olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi  Elnur Nuriyev Kuçerə Ukrayna dilini bilən tərcüməçini təqdim edib.

Sonra Kuçerin və Oleq Krapivinin anket məlumatları bir daha dəqiqləşdirilib.

Zərərçəkənin mülki iddia verdiyini hakim elan edib. Zərərçəkənin hüquqi nümayəndəsi həmçinin mənəvi zərər kimi ümumi 50 min manat tələb edib. Şirkət mülki iddianı 5 milyon 184 min manat dəyərləndirib. 

Kuçerin vəkili Elşad Əliyev hazırkı mərhələdə belə bir iddianın qəbul olunmasının çox tez olduğunu bildirdi. 

Oleq Krapivinin vəkili Xeyransa Babayeva isə hüquqlarını müdafiə etdiyi şəxsə qarşı 50 min manat mənəvi ziyanın vurulması barədə fikir söyləməyin çox tez olduğunu bildirdi:

"Hələ bilinmir kim kimə mənəvi ziyan vurub".

Hakim korpusu müşavirə edərək hər üç mülki iddianı qəbul etdi. Ancaq vəsatətlərin qəbul olunması hələ ödənilsin demək deyil, hər şey məhkəmənin gedişində bilinəcək. 

Sonra hakim dövlət  ittihamçısına ittiham aktını elan etmək üçün söz verib.

İttiham aktından məlum olub ki, Kuçer şirkətə 5 milyon 657 min avro ziyan vurub. 

Kuçer onu qeyd edib ki, cinayət işi zərərçəkmiş şəxsin ərizəsi əsasında açılıb. Yəni ofisdə xuliqanlıq baş verdikdən sonra başlanılıb. 

Sonra hakim Kuçerin cinayət işinin mahiyyəti ona aydın olmasını dəqiqləşdirib. Kuçer ittiham aktının ona aydın olduğunu və özünü təqsirli bilmədiyini məhkəmənin nəzərinə çatdırıb. Oleq Krapivində özünü təqsirli bilməyib. 

Dövlət ittihamçısı məhkəmə prosesinin ilk olaraq təqsirləndirilən şəxslərin sonra isə zərərçəkən şəxslərin ifadələri ilə davam etdirməyi təklif edib. 

İlk olaraq Kuçer ifadə verib: "İyulun 31-də polis əməkdaşları gəldi ki, onları general göndərib, getməliyik. Mən də vəkilimə zəng edərək heç bir problem yaratmadan Bakı Şəhər Baş Polisi İdarəsinə getdim. Orada müstəntiq bildirdi ki, mənə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb, şikayət ərizəsi daxil olub Zaxarenko tərəfindən. Mən ərizəni göstərməyini istədim, ancaq müstəntiq vermədi. Bu günə kimi də mən həmin ərizə ilə tanış olmamışam. Xuliqanlıqla bağlı dindirilən zaman Zaxarenko dələduzluq əməli ilə bağlı şikayət etməmişdi və mənim adım heç bir şikayət ərizəsində qeyd olunmayıb. 3 aydır mən etmədiyim əmələ görə həbsdə yatıram. Hansı əsasla mən şübhəli şəxs qismində cəlb olunmuşam. Mən Bakıda yaşayırdım, mənim heç bir dələduzluq əməli törətmək fikrim olmayıb". 

Sonra Oleq Krapivin ifadə verdi: "Mən səhərdən baxıram 1 milyon belə getdi, 2 milyon belə gəldi. Zərərçəkmiş şəxs deyir mən onu butulka ilə vurmuşam. Hanı əl izləri, qan izləri, hanı butulka. Bəlkə mən onu tapança ilə vurmuşam? Mən görüşə onun tərəfindən gəlmişəm, Kuçer tərəfdən yox. Mən heç bilmirdim bunlar bir-birini tanıyırlar. Öpüşdülər qardaş kimi. Qalxdıq ofisə, orada Kuçer dedi ki, pul məndə deyil, bankdadır. Orada üstümə söyüş söyüb gəldi, o zaman ayağı ilişib yıxıldı. Məni gətirdilər ki, üstümdə onun qan izi var. Niyə Zaryanov onlar çıxıb gedəndən sonra qaldı bizim yanımızda? Əgər döyülüblərsə o niyə qalırdı? İnanın mən onları görsəm yenə tanımaram. 6 aydır, bağlayıblar, otur orda, qurbağa deyiləm ki... Onların saydığı xuliqanlığa görə mən cəzamı çəkmişəm. Mənim 66 yaşım var, mənim idmançı tələbələrim var. Mən dövlətin yanında olan adamam. 5 ildir Azərbaycan diasporunun rəhbəriyəm". 

Məhkəmə prosesi fevral ayının 7-nə kimi təxirə salınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903
avatar

Orxan Rasifoğlu

Oxşar yazılar