Bakıda yeniyetmələr bir nəfəri döyüb   bahalı telefonunu aldılar
07 iyul 2025 16:09 (UTC +04:00)

Bakıda yeniyetmələr bir nəfəri döyüb bahalı telefonunu aldılar

Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar