Bakıda ŞOK:  2 nəfər 14 yaşlı qızı...
05 iyun 2023 18:23 (UTC +04:00)

Bakıda ŞOK: 2 nəfər 14 yaşlı qızı...

Bakıda 14 yaşlı qıza qarşı seksual zorakılıq edilib. 

Lent.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 

Polisə müraciət edən P.S (Qızın anasının adı şərti verilir) 14 yaşlı qızının iki nəfər oğlan tərəfindən seksual zorakılığa məruz qaldığını bildirib. 

İddiaya görə, bunu edənlərdən biri ailənin yaxın qohumudur. 

Daxil olan şikayət əsasında Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırılmalara başlanıb. 
 

# 6834
avatar

Sevinc Fərid

Oxşar yazılar