Bakıda bank hesabından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 7-də Bakı şəhər sakini olan qadının bank kartından hesabındakı 2000 manatı oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Ə.Şərifov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.