Bakıda qadın külli miqdarda  "patı" ilə tutuldu
27 fevral 2024 10:39 (UTC +04:00)

Bakıda qadın külli miqdarda "patı" ilə tutuldu

Bakıda qadın külli miqdarda psixotrop maddə ilə tutulub.

Lent.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 34 yaşlı Məmmədova Nişanə Süleyman qızı satış məqsədi olmadan qanunsuz əldə etdiyi külli miqdarda psixotrop maddəni  Yasamal rayonu ərazisində daşıyarkən saxlanılıb. Onun üzərindən 2 bükümdə 2.106 qram metamfetamin (patı) aşkaralnıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.

# 3090
avatar

Mehman Nəbiyev

Oxşar yazılar