Bakıda parkda KÜTLƏVİ DAVA:  yeniyetməni döyüb bıçaqladılar
29 noyabr 2023 17:00 (UTC +04:00)

Bakıda parkda KÜTLƏVİ DAVA: yeniyetməni döyüb bıçaqladılar

Bakıda yeniyetmələr arasında kütləvi dava olub.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu Təbriz küçəsində Şuşa İstirahət Parkında baş verib. 15 yaşlı R.Y. bacısı ilə telefonda danışdığını iddia edərək H.Ə.-ni məsələyə həll etməyə çağırıb. Bu zaman R.Y. “söhbət”ə daha 2 yeniyetmə dostu ilə gedib.

Burada onlar arasında dava olub. Dava zamanı dostlardan biri turist bıçağı H.Ə.-yə xəsarət yetiriblər.

Hadisəni törədənlər polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Şübhəlilər Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsilə təqsirli biliniblər. Məhkəmənin qərarı ilə onların barəsində yetkinlik yaşına çatmadıqları üçün valideyn nəzarətinə verilməsi barədə qərar verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 8-də keçiriləcək.

# 4068
avatar

Mehman Nəbiyev

Oxşar yazılar