Bakıda parkda kütləvi DAVA:  yeniyetmə QAN TÖKDÜ
16 mart 2024 18:58 (UTC +04:00)

Bakıda parkda kütləvi DAVA: yeniyetmə QAN TÖKDÜ

Bakıda kütləvi dava olub.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində Bakı Konqres Mərkəzinin parkında baş verib. Burada 3-4 yeniyetmə arasında naməlum səbəbdən münaqişə yaranıb.

Münaqişə zamanı dava iştirakçılarından biri digərini bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silah və silah qismində istifadə olunan əşyalardan törədildikdə) maddəsilə cinayət işi açılıb. Hadisəni törədən yeniyetmə barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.

Məhkəmə istintaqı davam edir.

# 5223
avatar

Mehman Nəbiyev

Oxşar yazılar