Bakıda intihara cəhd hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda baş verib. 61 yaşlı Nəbiyev Ələkbər Xançoban oğlu yaşadığı evdə qarnına bıçaqla xəsarət yetirərək intihara cəhd edib.
Məlumata görə, o, psixi xəstəlikdən əziyyət çəkir.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.