Bakıda ər arvadını öldürüb intihara cəhd etdi: "xalası oğlu"  sevgilisi çıxdı
16 may 2023 20:15 (UTC +04:00)

Bakıda ər arvadını öldürüb intihara cəhd etdi: "xalası oğlu" sevgilisi çıxdı

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il iyulun 8-də Xəzər rayonu Binə qəsəbəsi Sovxoz adlanan ərazidə 1980-ci il təvəllüdlü Yadigar Cəfərov qeyri-rəsmi münasibətdə olan arvadı Elnarə Musayevanı öldürərək intihara cəhd etməsi barədə polisə məlumat daxil olub.

Hadisə yerinə baxışı zamanı evdən 1986-cı il təvəllüdlü E. Musayevanın meyiti tapılıb.
 
İntihara cəhd edən Beyləqan rayon sakini Yadigar Cəfərovun sinə nahiyəsindən cərrahiyyə əməliyyatı zamanı qatlanan bıçaq çıxarılıb və tibbi yardım nəticəsində həyatı xilas edilib.
 
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə olan ev

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib
 
İstintaqla müəyyən edilib ki, iyulun 8-i saat 16 radələrində Yadigar Cəfərov özünə məxsus evdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Elnarə Musayeva ilə qısqanclıq zəmnində mübahisə edib. Sonra məişət təyinatlı mətbəx bıçağı ilə, ümumilikdə 14 dəfə zərbə vuraraq, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
 
İş üzrə dindirilmiş Yadigar Cəfərov bildirib ki, 2007-ci ildə Elnarə Musayeva ilə qeyri-rəsmi ailə həyatı qurub. Yaşadıqları dövrdə 2 övladları dünyaya gəlib: 

Yadigar Cəfərov

“2011-ci ildə Beləqan rayonundan Bakıya gələrək, Binə Südçülük Sovxozunda torpaq sahəsi alıb 2 otaqlı ev tikdim. Təxminən 2015-ci ildən Elnarə mənə heç nə demədən tez-tez evi tərk edirdi. Son zamanlarda hətta uşaqları məndən icazəsiz götürüb aparırdı. 2021-ci il iyunun 2-də mübahisə zamanı yumruqla xəsarətlər yetirdiyim üçün arvadım 3-cü Polis Bölməsinə məlumat verdi. Xəzər rayon Polis İdarəsində CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə başlanılan cinayət işi rayon məhkəməsinə göndərildi. İyulun 7-də Elnarə ilə barışıq əldə olunduğuna görə cinayət məsuliyyətindən azad edildim. Həmin ərəfələrdə istifadə etdiyimiz elektrik enerjisinə görə borcum yarandığı üçün “Azərişıq" ASC-nin əməkdaşları evimin işıqlarını kəsdilər. Bununla əlaqədar baş vermiş dava vaxtı  işçilər tərəfindən döyüldüm. Xəsarət almağımla bağlı başlayan işə də növbəti gün, yəni iyulun 8-də məhkəmədə baxıldı. Prosesdə “Azərişıq” əməkdaşları ilə barışdığım üçün işə xitam verildi. Həmin gün Elnarə artıq mənimlə yaşamaq istəmədiyini bildirdi. Evdən paltarlarını götürmək istədiyini deyən arvadımla birlikdə evə gəldik. Aramızda yaranmış münaqişə zamanı pəncərənin yanında olan bıçağı götürüb Elnarəyə xəsarətlər yetirməyə başladım. Neçə bıçaq zərbəsi vurmağım yadımda deyil. Elnarənin öldüyünə əmin olub, həyətə çıxdım və özümü öldürmək məqsədilə, cib bıçağı ilə ürəyimə zərbə endirdim. Bundan sonra heç nəyi xatırlamıram. Gözlərimi açanda xəstəxanada olduğumu bildim”.

Yadigar Cəfərov əlavə edib ki, Elnarə Musayevaya öldürmək məqsədi ilə xəsarətlər yetirib. Övladları başsız qaldığı üçün çox peşmandır.

Hadisə olan evin qarşısı
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Arzu Musayeva ifadəsində göstərib ki, qızı Elnarə 2007-ci ildə Yadigar Cəfərova könüllü qoşulub qaçıb:

“Yadigar Elnarə ilə birgə yaşasa da, onunla nikahını rəsmiləşdirməyib ki, birdən qızım əmlakına sahib çıxar. Evliliklərinin ilk illərində mehriban yaşasalar da, sonralar müəyyən ailədaxili münaqişələr yarandı. Elnarə bir neçə dəfə Şirvan şəhərinə yanıma qayıtsa da, Yadigar gəlib, üzrxahlıq edərək arvadını geri apardı. Yoldaşı tərəfindən döyülən qızım polisə şikayət etmişdi. Qızım evliliyinin davam etməsinin mümkünsüzlüyünü görərək yaşadığı evi tərk etmiş və övladlarını “Ümid” sığınacaq evinə yerləşdirmişdi. Məhkəmə prosesi zamanı Elnarə şikayətini geri götürdü və uşaqlarının xətrinə ərini bağışladı.

Sonradan öyrəndim ki, məhkəmə iclasından sonra paltarlarını götürmək istəyərkən Yadigar Elnarəni bıçaq zərbələri ilə qətlə yetirib və özünə də xəsarət yetirib”.

Elnarə Musayeva
 
Şahid Çıraq Cabbarov ifadəsində göstərib ki, Binə qəsəbəsində yaşayan Elnarə Musayeva ilə hadisədən 6 ay əvvəl tanış olub:

“Onunla sevgili münasibətində idik. Tanış olanda qadının evli olduğunu bilməmişəm, münasibətimiz ciddiləşdikcə, Elnarə mənə qeyri-rəsmi evli və 2 övladının olduğunu dedi. Onu sevdiyimi hətta öz ailə üzvlərimə danışmışdım. 2021-ci ilin iyul ayında Elnarə mənə əri Yadigarın onu döyməsini və bununla bağlı məhkəmədə işə baxıldığını bildirdi. Məhkəməyə onunla birlikdə getməyimi xahiş etdi. İyulun 8-də məhkəmə binasında Elnarə əri Yadigara məni xalası oğlu kimi təqdim etdi.

Prosesdən sonra qadın mənə yaşadığı evdən şəxsi əşyalarını götürəcəyini dedi. Səhərisi gün eşitdim ki, əri Elnarəni qətlə yetirib”.

Hadisə olan ev
 
Şahid Elnur Cəfərov bildirib ki, iyulun 8-də məhkəmədən sonra qardaşı Yadigar və arvadı Elnarə ilə onların evinə gedib:

“Küçədə gözləyəndə, həyətdən Yadigarın qışqırıq səsini eşitdim. Dərhal içəri keçəndə qardaşımı uzanıqlı vəziyyətdə həyətdə, qadını isə evdə, qana bulaşmış halda gördüm. Təcili Tibbi Yardıma və 102 xidmətinə zəng vurub məlumat verdim. Təcili yardım işçiləri gələnədək, çox qan itirməməsindən ötrü bıçağı Yadigarın sinəsindən çıxartmadım.

Xəstəxanaya çatdırılan qardaşımın həyatı xilas olundu”.

Elnarənin meyiti
 
Məhkəmə iclasında Yadigar Cəfərov ittiham üzrə özünü tam təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
 
Məhkəmə hesab edib ki, Yadigar Cəfərovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.  Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.

Cinayətdə istifadə olunan bıçaq
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yadigar Cəfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12264
avatar

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30