Bakıda ƏMƏLİYYAT:  6 kilodan çox narkotik, 4 avtomat  ələ keçirildi - VİDEO
02 avqust 2024 15:03 (UTC +04:00)

Bakıda ƏMƏLİYYAT: 6 kilodan çox narkotik, 4 avtomat ələ keçirildi - VİDEO

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən odlu silah-sursatların aşkarlanması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyul ayı ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 6 kiloqramdan artıq müxtəlif növ narkotik maddə və psixotrop maddələr çıxarılıb. Aşkar olunan faktlarla bağlı İdarənin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb, araşdırmalar davam etdirilir.

Həmçinin, ötən ay vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 6 odlu silah, o cümlədən 4 “Kalaşnikov” avtomatı, 2 “Makarov” tapançası və 43 ədəd patron polis əməkdaşlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Oxşar yazılar