Bakıda qətl hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə bu gün saat 12:40-da Binəqədi rayonu Rəzulzadə qəsəbəsində gözəllik salonlarından birində qeydə alınıb. 37 yaşlı Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məluat daxil olub.
Cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 43 yaşlı İsrafil Dursun oğlu Yusifov polisə gələrək təslim olub.
Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.