Bakıda dəhşətli hadisə baş verib.
Lent.az-ın məlumatına görə, Bakının qəsəbələrindən birinin sakini 15 yaşlı qız (Z. Ə) fevralın 22-də yaşadığı evdən gedib və naməlum şəraitdə yoxa çıxıb. Bu barədə polisə məlumat verilib.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində yeniyetmə qız tapılıb.
Məlum olub ki, yeniyetmə qızı 53 yaşlı qohumu H. D yaşadığı Nizami rayonundakı mənzilinə aparıb və ona seksual xarakterli hərəkətlər edib.
H. D saxlanılıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.