Bakıda çay evində dava baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti məlum olmayan 3 nəfərin xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri döydükləri barədə məlumat daxil olub.
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanovb müəyyən olunaraq saxlanılıb.