Bakıda 18 yaşlı gənc QƏTLƏ YETİRİLDİ  - YENİLƏNİB
15 iyun 2024 00:39 (UTC +04:00)

Bakıda 18 yaşlı gənc QƏTLƏ YETİRİLDİ - YENİLƏNİB

Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Əsədov Rəhim İsmayıl oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib. 

Araşdırma aparılır.


***
23:45

Sabunçu rayonu, Balaxanı qəsəbəsində 18 yaşlı İmanov Rəşid Rüstəm oğlu yaşadığı kirayə mənzildə bıçaqlanaraq qətlə yetirilib.

Lent.az APA-ya istinadən bildirir ki, yaxınlarının verdiyi məlumata görə, Rəşid İmanova boğaz nahiyəsindən arxadan bıçaq xəsarəti yetirilib.

Mərhumun aşpaz olduğu deyilir.


***
21:17

İyunun 14-də Sabunçu rayonu, Balaxanı qəsəbəsində 18 yaşlı İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4704
avatar

Oxşar yazılar