Bakı sakinini bıçaqlayıb qarət etdilər
26 mart 2024 11:56 (UTC +04:00)

Bakı sakinini bıçaqlayıb qarət etdilər

Martın 22-də axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində bir nəfərin qoluna kəsici alətlə xəsarət yetirən şəxsin onun içərisində mobil telefonu və sənədləri olan pulqabısını talaması barədə polisə məlumat daxil olub.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Akif Şıxəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 2487
avatar

Oxşar yazılar