Bahadur 7 nəfəri öldürüb  intihar etdi - YENİLƏNİB
25 noyabr 2024 17:24 (UTC +04:00)

Bahadur 7 nəfəri öldürüb intihar etdi - YENİLƏNİB

İstanbulda baş verən ailə qətliamından sonra yeni cəsədlər tapılıb. Bahadur Aladağın Büyükçekmecedə həyat yoldaşı, 10 yaşlı uşağını və qayınanasını da öldürdüyü məlum olub.

Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, İstanbulun Büyükçekmece, Avcılar və Esenyurt bölgələrində Bahadur Aladağ naməlum səbəbdən anası Necmiye Aladağ, atası Muhammet Aladağın əmisi oğlu Şadan Serdar Buke və bərbər Mehmet Salih Özsökükü silahlı basqın edərək öldürüb.

O, həyata keçirdiyi silahlı hücumlarda baldızı Gökhan Soylu və bacısı Buket Aladağı ağır yaralayıb. Daha sonra şübhəli şəxs tapança ilə özünü başından güllələyərək intihar edib.

***

10 :34

Türkiyənin İstanbul şəhərində Bahadur Aladağ anası, atası və əmisi oğlunu güllələyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Aladağ daha sonra eyni silahla intihar edib.

Bundan başqa bu qətliamda daha 3 nəfər ağır yaralanıb. Həmin şəxsin intihar anı onun mobil telefonunun kamerasına düşüb.

BahadurAladağ

Aailəsinin yanına gələn Bahadur Aladağ mübahisə etdiyi anası Necmiye Aladağ, atası Muhammet Aladağ və bacısı Buket Aladağla ev məsələsi üstündə mübahisə edib. Sonra dava böyüyüb. Ağır yaralanaraq xəstəxanaya aparılan atası və anası dünyasını dəyişib, bacısının vəziyyətinin ağır olduğu söylənilir.

Hadisə yerindən qaçan silahlı daha sonra yeznəsi Gökhan Soylununun bərbərxanasına gedərək onu da güllələyib, daha sonra iş yerində olan Mehmet Salih Özsökükə də xəsarət yetirib.

Yaralı Özsökük aparıldığı xəstəxanada həyatını itirib. Bahadur yenə dayanmayıb. Əmisi oğlu Şadan Serdarı maşında güllələyərək öldürüb, daha sonra isə eyni avtomobildə intihar edib. Aladağın intihar anı kameralara düşüb.

Bahadurun özünü öldürmə anı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5517
avatar

Cavidan HUN

Oxşar yazılar