Bacısı özünü öldürmək üçün dərman içdi,  yeznəsinin başını yardı - BAKIDA
10 fevral 2026 17:32 (UTC +04:00)

Bacısı özünü öldürmək üçün dərman içdi, yeznəsinin başını yardı - BAKIDA

0

Bakıda gənc oğlan taxta dəyənəklə yeznəsinin başını yarıb.

Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu Mirəli Seyidov küçəsində qeydə alınıb.

26 yaşlı Rəfail Quliyevin (ad və soyad şərtidir) bacısı əri ilə dalaşıb və intihar məqsədilə dərmanlar içib. Bundan xəbər tutan Rəfail bacısıgilə gələrək qisas məqsədilə maşındakı taxta dəyənəklə yeznəsinin başına bir neçə dəfə vurub. Nəticədə zərərçəkənin başından qan axıb və o, bir sıra xəsarətlər alıb.

Bu əməlinə görə Rəfail Quliyev saxlanılaraq barəsində cinayət işi açılıb.

Məhkəmədə o, amnistiya aktına əsasən barəsində açılan cinayət işinə xitam verilməsini xahiş edib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və R. Quliyev məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar