Azərbaycanlılardan ibarət dəstə ələ keçirildi  - film kimi CİNAYƏTLƏR - VİDEO
07 iyun 2024 18:03 (UTC +04:00)

Azərbaycanlılardan ibarət dəstə ələ keçirildi - film kimi CİNAYƏTLƏR - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis əməkdaşları “taksi sürücüsü” rolunda cibgirlik edənləri saxlayıblar. Onların sərnişini olan zərərçəkənlər telefonlarını və bankdakı pullarını itiriblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, anoloji şikayətlər 2023-cü ilin dekabrında şəhərin mərkəzi hissəsində polisə daxil olmağa başlayıb. Müstəntiqlərin fikrincə, qrupa 43 yaşlı “taksi sürücüsü”, eləcə də onun 19 və 22 yaşlı iki ortağı daxildir. Onların ən böyüyü, həm də qrupun təşkilatçısı olub. O, sərnişinlər arasında sərxoş olanını axtarıb seçib. Daha sonra sürücü kömək bəhanəsi ilə sərnişindən mobil telefon istəyib və ehtiyatlı davranaraq şərikinə təhvil verib. O, başqa maşına keçib və zərərçəkənin hesabından pul çıxarıb.

Bu üsulla təkcə telefonunu deyil, hesabından 5 milyon rublunu da itirən başqa bir zərərçəkənin sayəsində qrupun izinə düşmək mümkün olub. Gediş zamanı sərnişinin mobil bankı vasitəsilə kreditlər götürülüb və onlayn mağazadan satınalmaların bütün siyahısı ödənilib. Zərərçəkmiş xatırladıb ki, telefonun kilidini özü açıb və arvadına zəng etmək üçün taksi sürücüsünə verib. Geolokasiya analizinə əsasən, taksi marşrutu ilə üst-üstə düşməyən şəhərin müxtəlif yerlərində alış-veriş edilib ki, bu da sürücünün əlaltılarının olmasından xəbər verib.

Məlum olub ki, şübhəlilərin ən böyüyü hədə-qorxu ilə tələb etmək və bankomatdan pul oğurlamaqda təqsirli bilinib. Məlumata görə, o, azərbaycanlıdır. Faktla bağlı “oğurluq” maddəsi ilə cinayət işi açılıb, şübhəlilər saxlanılıb. Hazırda polis qruplaşmanın qalan zərərçəkənlərinin şəxsiyyətini müəyyənləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4050
avatar

Mehman Nəbiyev

Oxşar yazılar