Azərbaycanda daha bir insan alverçisinə hökm oxunub.
Lent.az xəbər verir ki, insan alverində şübhəli bilinən Pəri Abbasova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İdarədə aparılan araşdırma zamanı məlum olub ki, P. Abbasova müxtəlif vaxtlarda qadınları aldadaraq, həmçinin hədə-qorxu gələrək, cinsi istismar məqsədilə ölkədən kənara çıxarıb. Zərərçəkənləri apardığı ölkədə onların pasportlarını əllərindən alaraq, qanunsuz hərəkətlər törədib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə P.Abbasovanın əməlləri sübuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.