Ucarda quldurluq hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Oğuz küçəsində baş verib. Şəhər sakini Əliyev Vüqar Qasım oğlu polisə müraciətində bildirib ki, avtomobilinin yük yerinə 7 min manat dəyərində qızıl üzüklər olan çantanı qoyarkən 2 nəfər tibbi maskalı naməlum şəxs ona yaxınlaşıb. Həmin şəxslər çantanı tələb ediblər.
V. Əliyev imtina etdikdə isə ona xəsarət yetiriblər və avtomobilin şüşəsini sındıraraq qaçıblar.
İstitnaq əməliyyat tədbirləri ilə quldurluğun Ucar şəhər sakinləri 20 yaşlı Əhmədov Elxan Yalçın oğlu, 17 yaşlı Məcidov Əbdürrəhim İlqar oğlu və 19 yaşlı İbrahimov Əli Saday oğlu tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı 3 maddə ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Saxlanılan şəxslər