Ağstafada 19 il əvvəl öldürülən qadınla bağlı xəbər vermişdik.
Baş Prokurorluqdan Lent.az -a verilən məlumata görə, Ağstafa rayonu, Poylu kəndi ərazisində naməlum qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və iş üzrə 42 yaşlı Dursun Nəbiyev təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin Ağstafa rayon sakini 1973-cü il təvəllüdlü Brilyant Kosayeva olması müəyyən edilib.
İbtidai istintaq davam etdirilir.