Bakıda mağaza və köşk qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan Coşqun Güləhmədov saxlanılıb.
Araşdırmalarla onun Səbail rayonu ərazisində bir mağazadan pul, bir köşkdən isə 1600 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.