Rusiyanın Krasnoyarsk məhkəməsi ekstremist təşkilatın simvollarını nümayiş etdirdiyinə görə təkrar cinayət törədən şəxsə 6 il 8 ay həbs cəzası verib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, oktyabr ayında 36 yaşlı kişi xüsusilə ağır cinayət törətdiyinə görə həbs olunub. O, digər məhbuslara AUE simvolları olan döymələri göstərib. Üstəlik, məhkum edilmiş şəxs analoji pozuntuya görə artıq cəza alıb.
Məhkəmə həmin şəxsi 6,8 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.