Türkiyədə ata iki övladını öldürərək, intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Yüreğir qəsəbəsində baş verib.
46 yaşlı İbrahim Kiracı yaşadıqları evdə qızı 13 yaşlı Dərin və 11 yaşlı əlil olan Doruk adlı oğlunu güllələyərək, öldürüb. Məlumata görə, kişi əvvəlcə uşaqları yatızdırıb. Sonra səsləri çıxmasın deyə ağızlarına yastıq qoyub və tapança ilə ikisinin də sinəsinə atəş açıb.
Hadisədən sonra İbrahim Kiracı ev sahibinin yanına gedərək, övladlarını öldürdüyünü deyib və polis çağırmasını istəyib. Lakin qatil ata evə qayıdıb eyni silahla öz başına da atəş açaraq, intihar edib.
Faktla bağlı araşdırma aparılır.

