Rusiyanın Tver vilayətində evdən 4 uşağın meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kalininsky rayonunda fərdi evdə qeydə alınıb.
4 ölü uşağın tapılması ilə bağlı vilayət prokurorluğuna məlumat daxil olub. Hadisə yerinə Tver vilayəti prokurorunun birinci müavini gedib. İlkin məlumata görə, ata 1, 3, 5, və 7 yaşlarında olan 4 uşağını öldürüb, daha sonra intiahra cəhd edib. Hazırda o saxlanılıb və dindirilir.
Hadisənin bütün halları müəyyənləşdirilir.