Türkiyədə 13 yaşlı qız ailəsi tərəfindən qətlə yetirilib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Kars şəhərinin Kağızman qəsəbəsində baş verib. 13 B.K.-nın ölməsi ilə bağlı polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar. Burada əvvəlcə ailə üzvləri azyaşlı qızın tapança ilə başına atəş açaraq, intihar etdiyini deyiblər.
Faktın araşdırılması üçün prokurorluqda xüsusi qrup yaradılıb. Araşdırma zamanı mərhumun ailəsi namus məsələsinə görə ailə qərarı ilə qızlarının öldürüldüyünü etiraf ediblər.
Bununla əlaqədar qızın atası və böyük qardaşı saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib. Anası və digər qardaşı isə polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıb.
Araşdırma davam edir.