Ağcabədidə DƏHŞƏT:   qardaş bacısını öldürdü - YENİLƏNİB
06 iyun 2024 08:49 (UTC +04:00)

Ağcabədidə DƏHŞƏT: qardaş bacısını öldürdü - YENİLƏNİB

Prokurorluq Ağcabədidə törədilən qətllə bağlı məlumat yayıb. 

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  

Araşdırmalarla 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linçlə xəsarətlər yetirərək bacısı Səbinə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub.   Hazırda ibtidai istintaq davam edir.

***

Saat 06:57

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilmısi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə,  cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı, 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğu  polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5037
avatar

Oxşar yazılar