Dünyamız mükəmməl deyil, hər zaman cinayətkarlar olub. Cinayətkarlar isə yaxşı gizlənməyi bacarmalıdırlar, əks halda onların “karyerası” tez bitəcək. Bir çoxları, hətta inanılmaz dərəcədə qəddar olur. Cinayətkarlar təsadüfən və ya bilərəkdən “göz önündə” gizlənirdilər. Televiziya şoularında görünməkdən tutmuş öz cinayətləri haqqında reportajlara qədər, kifayət qədər uzun müddət göz önündə gizlənməyi bacaran bədxahlar var.
Lent.az xarici mediyaya istinadən yaxşı gizlənməyi bacaran 9 cinayətkar və onların cinayət hekayələri haqqında məlumat hazırlayıb.
Rodney Alcala
1978-ci ildə bir çox insanların həyatına son verən qatil Rodney Alcala "Tanışma oyunu" televiziya şousunda iştirak etdi və qalib gəldi. İki il sonra o, Robin Samsonun qətlinə görə ölüm cəzasına məhkum edildi və bir neçə başqa adamı da öldürməkdə şübhəli bilindi. Yalnız şouda iştirak etdiyi müddətdə Rodney Alcala ən azı beş qadını öldürmüş bir qatil idi. Alkalanın qətliamı 1960-cı illərdə başladı və 1970-ci illərdə onun tutulması ilə sona çatdı. Daha sonra o, 12 yaşlı Robin Samso və daha dörd qadının qətlinə görə, edam cəzasına məhkum edilib. Alcala məhkumluğu ilə bağlı iki dəfə apellyasiya şikayəti verdi, hər dəfə şikayət rədd edildi. Müstəntiqlər inanırdılar ki, Alkalanın daha çox qurbanı ola bilər. Alcala 2021-ci ildə 77 yaşında dünyasını dəyişib.
Juan David Ortiz
Juan David Ortiz - Texas ştatının Laredo şəhərində işləyən keçmiş ABŞ Sərhəd Patrul agentidir. 2018-ci ildə ona Texasda dörd qadının qətlini araşdırmaqda kömək etmək tapşırılır. Bir neçə həftə sonra sağ qalıb qaçan qurban onu tanıdıqda, Ortizin axtarılan qatil olduğu üzə çıxır. 2018-ci ildə o qatil olmaqda şübhəli bilinərək həbs edilib. Agent Juan David Ortizin iki həftə ərzində Texasın sərhəd Laredo şəhərində dörd qadını öldürdüyü güman edilirdi. Həmin vaxt o, öz cinayətlərinin araşdırılmasına kömək etmək üçün Sərhəd Xidməti tərəfindən təyin edilmişdi.
Ortizin həbsindən cəmi iki həftə əvvəl müstəntiqlər qadının cəsədini aşkar ediblər. Bənzər xəsarətlərlə ikinci qurbanın tapılması, ərazidə acımasız qatilin olması şübhəsini artırırdı. Xoşbəxtlikdən Ortizin üçüncü potensial qurbanı qaçmağı bacarıb və sonra onu təcavüzkar kimi tanıyıb. Lakin o vaxta qədər Ortiz daha iki qətl törətmiş və onun cəmi dörd qurbanı olmuşdur.
Vlado Taneschi
2008-ci ildə makedoniyalı jurnalist Vlado Taneski iki təqaüdçü qadının qətlinə görə həbs edilib. Həbs olunmazdan əvvəl o, kriminal mövzularda geniş yazılar yazıb. Elə həbs olunmasına da qətllər haqqında yazdığı məqalələr səbəb olub. Çünki mətnlərdə ictimaiyyətə açıqlanmayan və yalnız qatilin bilə biləcəyi məlumatlar səslənirdi. Vlado Tanesçi məmləkətində yaşlı qadınların silsilə qətli ilə bağlı reportaj hazırlaması ilə məşhurlaşan makedoniyalı jurnalist idi. Hesabatlar tezliklə minlərlə oxucunun diqqətini çəkmişdi. Lakin 2008-ci ildə yerli polis əməkdaşları Taneskidən şübhələnirlər, çünki o, hələ ictimaiyyətə açıqlanmayan detalları bilirdi. Müstəntiqlərin fikrincə, Taneski qadınları boğmaq və bağlamaq üçün istifadə edilən telefon kabelinin dəqiq növünü bilirdi, bunu yalnız qatil bilə bilərdi. Onun DNT-si də iki cinayət yerində tapıldı və şübhələri artırdı. Nəticədə o, iki yaşlı qadını qətlə yetirməkdə ittiham olunaraq həbs edilib. Bununla belə, o, intihar etdiyi üçün mühakimə edilməkdən yayına bildi. İntihar edən zaman “o qətlləri mən törətməmişəm” qeydi qoyub.
Craig Peyer
1986-cı ilin sonunda Cara Knott adlı tələbə Kaliforniyanın San Dieqo şəhərində tərk edilmiş körpünün yaxınlığında öldürülmüş vəziyyətdə tapıldı. Yerli xəbər kanalı da yol polisi əməkdaşından şəhərdə qadınların təhlükəsizliyi ilə bağlı müsahibə götürüb. Craig Peyer adlı bu zabit əslində qatil idi, müsahibə zamanı öldürülən qızın əllərinin cızıqlarını onun üzündə aydın görmək olurdu. Sui-qəsd tez bir zamanda medianın diqqətini çəkdi. Hadisə yerinin yaxınlığında işləyən jurnalistlərdən biri yol-patrul xidmətinin əməkdaşından qadınların gecələr özlərini necə qoruya biləcəyini soruşur. Xəbərlərdə görünməsi onun hücum etdiyi digər qadınlar tərəfindən tanınmasına səbəb olur. Nəticədə o, qətl törətməkdə təqsirli bilinib.
Stephen McDaniel
30 iyun 2011-ci ildə qonşusu Lauren Giddings öldürüldükdən sonra canlı televiziya jurnalisti Stiven MakDanieldən müsahibə alır. Müsahibə əsnasında MakDaniel evinin yaxınlığında bir qətl hadisəsi olduğunu eşidəndə şoka düşüb. Daha sonra müstəntiqlər müəyyən ediblər ki, qonşusunun mənzilinə soxularaq onu öldürən elə MakDanielin özüdür. 25 iyun 2011-ci il axşam dostları 27 yaşlı Lauren Giddings-in itdiyini bildirdilər. Beş gün sonra yerli xəbər kanalı onun yoxa çıxması ilə bağlı həmyaşıdlarından və qonşularından biri olan Stiven MakDanieldən müsahibə alır. Müsahibə boyu MakDaniel narahat və pərişan görünürdü, çünki o, itkin düşdüyü bildiriləndən sonra onu heç kimin görmədiyini iddia edirdi. Bununla belə, müxbir nəhayət polisin Giddinqsin cəsədini yaxınlıqda tapdığını bildirdikdə, McDaniel gözə çarpan şəkildə sarsıldı. Əslində, onun yoxa çıxmasında MakDaniel məsuliyyət daşıyırdı. Səhər tezdən Giddings-in mənzilinə girərək onu öldürmüşdü.
Ed Kemper
Ed Kemper yalnız etiraf etmək üçün yerli polisə zəng etdiyi üçün tutulmuşdu. Həbs olunmazdan əvvəl o, yerli polislərlə müntəzəm işləyirdi və onlar arasında çoxlu dost və tanışları var idi. Bu səbəbdən, Kemper yalnız qatilin bilə biləcəyi bir çox təfərrüatı ortaya qoyana qədər polis onun etiraflarına həqiqətən də inanmırdı.
Ed Kemper ABŞ tarixinin ən bədnam qatillərindən biridir və o, təslim olmasaydı, heç vaxt tutula bilməzdi. Kemper cinayətlərinə 15 yaşında baba və nənəsini soyuqqanlılıqla qətlə yetirdiyi vaxtdan başlayır. Bundan sonra müalicə üçün Atascadero Dövlət Psixiatriya Xəstəxanasına yerləşdirilir, lakin sərbəst buraxıldıqdan sonra daha çox qətllər törədib. 1970-ci illərdə onun "fəaliyyəti" anasını və sevgilisini öldürməsi ilə başa çatdı. Kemper o zaman polisin onu axtaracağına əmin idi, lakin bu baş vermədikdə o, etiraf etmək qərarına gəldi.
Uord Uiver III
Uord Uiver III 2000-ci illərdə öz həyətində beton plitə üzərində dayanaraq televiziyaya müsahibə verir. O, iki yerli qızın itkin düşməsində şübhəli şəxs kimi səbəbsiz yerə təqib olunduğundan şikayətlənirdi. Amma aylarla heç kim bilmirdi ki, Uiver həqiqətən də itkin düşən qızlardan birini öldürüb sonra da məhz bu plitənin altında basdırıb.
Treysi Andryus
1996-cı ildə bir gecə İngiltərənin Uorcestersire bölgəsində Li Harvi adlı bir adam öldürüldü. Onun nişanlısı Treysi Endryus, naməlum sürücünün yol-nəqliyyat hadisəsi zamanı ona hücum etdiyini və hətta ictimaiyyətdən kömək istəmək üçün mətbuat konfransı təşkil etdi.
Lakin mətbuat konfransından sonra detektivlər ifadələrdəki uyğunsuzluqlara görə onu bu qətldə şübhəli biliblər. Sonda Li Harvinin qatilinin məhz o olduğu aşkara çıxdı.
1996-cı il dekabrın 1-də səhər tezdən Li Harvi adlı şəxs nişanlısı ilə birlikdə olarkən öldürülüb.Treysi nişanlısı ilə birlikdə iki kişinin hücumuna məruz qaldıqlarını iddia etdi. O, hətta ictimaiyyətdən kömək istəmək üçün mətbuat konfranslarına çıxıb və hücumla bağlı iddialarından danışıb. Ancaq tezliklə müstəntiqlər onun hekayəsində qəribəliklər tapdılar. Şahidlər hadisə yerində yalnız iki nəfərin, Endryus və Harvinin olduğunu dedilərş Bu isə Treysi Endryusun iddiaları ilə ziddiyyət təşkil edirdi. Üstəlik, hücum edənlərin avtomobili ilə bağlı ictimaiyyətə edilən çoxsaylı zənglər heç bir nəticə vermədi və bu da polisin Endryusun yalan danışdığına inanmasına səbəb oldu. Nəticədə o, Harvinin qətlində ittiham olundu və sonradan günahkar bilindi.
Con Kuper
1980-ci illərdə Con Kuper iki nəfərin - qardaş və bacının qətlindən dörd il sonra Britaniyanın Bullseye televiziya şousunda göründü. Bir ay keçməmiş o, Pembrokeşirdə daha iki nəfəri, Piter və Qven Dixonu öldürdü.
Sonralar məlum olur ki, Con Kuper, təxminən iyirmi ildir qaçan qəddar qatildir. O, 1989-cu ildə Bullseye televiziya şousunda çıxış edirdi. O vaxt heç kim bilmirdi ki, televiziyada görünməzdən dörd il əvvəl o, Riçard və Helen Toması öldürüb, onların ferma evini yandırıb. Bir ay keçməmiş Kuper Pembrokeşirdə daha iki nəfəri, Piter və Qven Dixonu öldürəcəkdi.
Con Kuper təxminən iyirmi ildən sonra tutulub.