72 yaşlı kişini öldürüb evinə od vurdu
08 avqust 2024 16:05 (UTC +04:00)

72 yaşlı kişini öldürüb evinə od vurdu

Türkiyədə dəhşətli qətl hadisəsi olub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Bursanın Yıldırım qəsəbəsində baş verib. Qəsəbənin Vətən məhəlləsində 3 mərtəbəli binadakı evlərin birində yanğın baş verib. Yanğın söndürülüb və evdə axtarış keçirən polis 72 yaşlı Faiq Yorğunun yanmış meyitini aşkar edib.

Müayinə zamanı onun boğularaq öldürüldüyü üzə çıxıb. Keçirilən əməliyyat tədbirləri ilə onun universitetlərdən birinin ikinci kurs tələbəsi olan Mustafa Polat tərəfindən öldürüldüyü məlum olub. O, saxlanılıb və törətdiyi əməli etiraf edib. O bildirib ki, əvvəlcə F. Yorğunu boğaraq öldürüb, sonra isə evə od vurub. Hadisəni törətdikdən sonra isə heç nə olmamış kimi ərazini tərk edib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678
avatar

Oxşar yazılar