Gürcüstanlı “qanuni oğru” Tamaz Kipiani yanvarın 30-da Rusiyanın Abşeronsk şəhərində 70 yaşında trombun qopması nəticəsində vəfat edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Tamazın fərqləndirici cəhəti ondan ibarət olub ki, sovet dövründə iki dəfə — Tbilisidə quldurluq və silah saxlama ittihamı ilə 5 il, Kutaisidə isə narkotik və oğurluq maddələri üzrə 9 il həbsdə yatıb. Sonradan nə Gürcüstanda, nə də ömrünün sonuna qədər daimi yaşadığı Rusiyada bir daha hüquq-mühafizə orqanlarının diqqətinə düşməyib. O, əvvəlcə Sankt-Peterburqda, daha sonra isə Kuban bölgəsində yaşayıb.
Gizli həyat tərzi sürməsinə baxmayaraq, Tamaz Kipiani qüsursuz reputasiyaya malik, ən nüfuzlu gürcü “qanuni oğrularından” biri hesab olunub.
Məlumatlı şəxslərin sözlərinə görə, Tamazın əcdadları knyaz olublar.
Qeyd olunur ki, Tamazın həyat yoldaşı da bir ay əvvəl Soçidə vəfat edib.
