Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsinin təmirinə başlanılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, uzunluğu 1,3 kilometr olan hissədə ilkin olaraq köhnə bardürlərin sökülməsinə başlanılıb. Təmirişləriçərçivəsində köhnə asfalt qatı qaşınaraq götürüləcək, həmçinin kommunikasiya xətlərinin yeri dəyişdiriləcək. Bundan sonra yeni asfalt örtüyü çəkiləcək və bardürlər düzüləcək.
1049