Ukraynanın İnfrastruktur Nazirliyi “İpək yolu” marşrutu çərçivəsində Çin-Ukrayna-Avropa İttifaqı layihəsi üzrə yüklərin daşınması üçün tarifləri aşağı salmaq niyyətindədir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin məlumatında bildirilir.
Nazirlik Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazilərini əhatə edən “İpək yolu” layihəsi üzrə yüklərin daşınmasında Çin şirkətlərinin iştirakının vacibliyini qeyd edib.
Qeyd edək ki, 20 konteyner vaqonundan ibarət eksperimental qatar yanvarın sonunda Ukraynanın İlyiçevsk şəhərindən “İpək yolu” ilə - “Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin” (Xəsər və Qara dənizlərindən keçməklə) marşrutu üzrə yola düşüb.