SOCAR "Qazprom"dan 3-5 milyard kubmetr qaz alacaq
06 aprel 2017 14:02 (UTC +04:00)

SOCAR "Qazprom"dan 3-5 milyard kubmetr qaz alacaq

SOCAR və "Qazprom" şirkətləri Rusiyadan Azərbaycana illik qaz nəqlini 3-5 mlrd. kubmetr artırılması ilə bağlı danışıqlar aparır. "APA-Economics" RNS-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəri Fərid Cəfərov bildirib.

 

Onun sözlərinə görə, hazırda tərəflər arasında bununla bağlı müzakirələr aparılır.
 

Xatırladaq ki, 2016-cı ilin yayında "Qazprom"un rəhbəri Aleksey Miller bildirib ki, SOCAR Rusiya şirkətindən əlavə olaraq 3-5 mlrd. kubmetr həcmində təbii qaz almaqda maraqlıdır. Bundan əvvəl isə şirkətlər illik 2 mlrd. kubmetr həcmində təbii qazın nəqli ilə bağlı razılığa gəliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

APA Baycan

Oxşar yazılar