Ödəniş terminallarını və  ATM-ləri saxta pullardan necə qorumalı?
23 may 2013 13:23 (UTC +04:00)

Ödəniş terminallarını və ATM-ləri saxta pullardan necə qorumalı?

Mərkəzi Bankın mütəxəssisləri “Bank of Baku” ASC-nin tədris mərkəzində bankın nağd pul sahəsində çalışan və təcrübə keçən əməkdaşları üçün pul nişanlarının ekspertizasının təşkili mövzusunda nəzəri-praktiki seminar keçiriblər.

Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent. az-a verilən məlumata görə, seminar iştirakçılarına pul nişanlarının mühafizə fəlsəfəsi, bank sistemində pul nişanlarının ekspertizasının təşkili və aparılması mövzusunda təqdimat nümayiş etdirilib, saxta pul çapına qarşı mübarizədə Mərkəzi Bankın rolu, həyata keçirdiyi siyasət barədə məlumat verilib.

 

Qeyd edilib ki, bank xidmətlərinin avtomatizasiyası, nağdsız ödənişlərin intensivləşdirilməsi və stimullaşdırılması, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə bir çox banklar tərəfindən ödəniş terminalları və “Cash-in” funksiyalı  ATM-lər quraşdırılıb. Lakin müəyyən hallarda bu texnoloji sistemlərin tətbiqi zamanı saxta əskinasların müəyyən olunması risklərini minimallaşdırmaq məqsədilə Mərkəzi Bankın müvafiq qurumları ilə lazımı müzakirələrin aparılması zəruridir.

Xatırladaq ki, kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və əməkdaşların bu sahədə maarifləndirilməsi üçün Mərkəzi Bank tərəfindən tədbirlər keçirilir, bu sahədə banklara müvafiq texniki yardımlar göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842
avatar

Oxşar yazılar