Bakıda Nobel prospektinə paralel 8 hərəkət zolaqlı avtomobil yolunun tikinti işləri davam etdirilir. Nəqliyyat Nazirli "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, yolun ümumi uzunluğu 2 200 metr, eni isə 45 metr təşkil edəcək. Hər tərəfdə səki ilə yanaşı, hərəkət hissəsini ayıran ayrıca zolaq da nəzərdə tutulub. Yolboyu üç piyada keçidi olacaq. Onlardan biri üç, digərləri isə iki giriş-çıxışlı olacaq: “İki giriş-çıxışlı hissədə dörd, üç giriş-çıxışlı hissədə isə altı eskalator quraşdırılacaq. Piyada keçidinin birində işlərin böyük hissəsi icra olunub, digər ikisində isə 60%-i icra olunub. Ümumilikdə isə yolboyu torpaq işlərinin 70%-ı icra olunub”.
Qeyd edək ki, 2015-ci ilin əvvəlində yolun tamamilə istismara verilməsi gözlənilir.